90 min manat mənimsəməkdə təqsirləndirilən inkassatorun məhkəməsi başladı

9 Oktyabr 2018 15:12 (UTC+04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən bank əməkdaşı Şahin Mövsümovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Movqe.az-ın Trend-ə istinadən məlumatına görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

İttihama münasibət bildirən Ş.Mövsümov günahsız olduğunu deyib.

Bildirib ki, o bankın pulunu mənimsəməyib.

 

Məhkəmə baxışı oktyabrın 16-a təyin olunub.

İttihama əsasən, "Bank Respublika"nın sabiq əməkdaşı Ş.Mövsümov həmin bankda inkassator vəzifəsində çalışarkən bankın 90 min manatını mənimsəyib. İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməyib.

Ş.Mövsümov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.