AFFA Səbail-ə texniki məğlubiyyət verdi

9 Oktyabr 2018 15:21 (UTC+04:00)

AFFA İntizam Komitəsi "Səbail-2" komandasına texniki məğlubiyyət verib. 

Movqe.az-ın goal.az-a istinadən xəbər verir ki, buna səbəb I Divizionun VI turunda səfərdə "Qarabağ-2" ilə matçda komandanın heyətində protokolda adı qeyd olunmayan futbolçunun iştirak etməsidir. Klub isə 800 manat məbləğində cərimə olunub. 

Qeyd edək ki, "Qarabağ-2" - "Səbail-2" matçı 1:1 hesabı ilə başa çatıb. Daha öncə "Zirə" klubuna Azərbaycan Premyer Liqasının IV turunda səfərdə "Səbail"lə matçda protokola 1998-ci il və ya daha gənc təvəllüdlü futbolçu daxil edilmədiyi üçün texniki məğlubiyyət verilib.