Sel İranı 50 milyon dollarlıq ziyana saldı

9 Oktyabr 2018 15:57 (UTC+04:00)

Sel İranın Mazandaran vilayətinin infrastrukturu, kənd təsərrüfatı, yaşayış və ticarət massivləri və yollarına təxminən 50 milyon dollar dəyərində ziyan vurub.

Movqe.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Mazandaran vilayətinin valisi Məhəmməd İslami İRNA-ya deyib.

 

Onun sözlərinə görə, sel nəticəsində 2650 mənzilə zərər dəyib. 82 mənzil tamamilə dağılıb, 2570 mənzil isə ziyan görüb.