Pələng zooparkda baxıcısını parçaladı

12 Oktyabr 2018 13:49 (UTC+04:00)

Yaponiyanın Kaqosima şəhərinin zooparkında nadir ağ pələng heyvan baxıcısını parçalayıb.

Movqe.az-ın məlumatına görə, 40 yaşlı şəxs pələngin saxlandığı volyerdə huşsuz vəziyyətdə tapılıb.

 

Ağır yaralı baxıcını xəstəxanaya çatdırsalar da, onu xilas etmək mümkün olmayıb.

Hücumdan sonra pələng yuxu dərmanı ilə yatızdırılıb. Onun sonrakı taleyi barədə məlumat verilməyib.