İranda kartof, tomat və heyvan yeminin ixracı qadağan olundu

9 Oktyabr 2018 17:13 (UTC+04:00)

İranın sənaye, mədən və ticarət naziri kartof, heyvan və quşların yemi və pomidor tomatının ixracını qadağan edib.

Movqe.az Trend-ə istinadən xəbər verir ki, bu barədə nazir Məhəmməd Şəriətmədari İranın Baş Gömrük İdarəsinin rəisi Furud Əsgəriyə məktub ünvanlayıb.

 

Məktubda kartof, heyvan və quşların yemi və pomidor tomatının 12 oktyabr 2018-ci il tarixindən məlumat verilənədək qadağan olunduğu elan edilib.