İran qəzet kağızı və dəftərlərin ölkəyə gətirilməsini qadağan etdi

10 Oktyabr 2018 10:55 (UTC+04:00)

İranın Sənaye, Mədən və Ticarət Nazirliyi yerli bazarı tənzimləmək məqsədilə hər növ taxta və ağac materiallarının ixracını qadağan edib.Movqe.az-ın məlumatına görə, müxtəlif ağac materialları, neopan xammalından başqa, həmçinin qəzet kağızı və dəftərlər də daxil olmaqla kağız məmulatlarının ixracı qadağan olunub.

Xarici valyuta bazarında qeyri-stabillik, bəzi məhsulların qiymətinin bahalaşması, eləcə də bəzi şəxslərin mövcud şəraitdən sui-istifadə etməsi nəticəsində, kabinet, mebel və yataq dəstlərinə aid olan ağac məhsullarında bahalaşma qeydə alınıb.

 

Statistikaya görə, ölkədə ildə təxminən 1 milyon 700 min kvardrat-metr MDF istehsal olunur və nazirlik 2 milyon 500 min kvadrat-metr MDF-in istehsalını məqsəd götürüb.

Bununla belə, ölkənin ağac materialı sənayesinin bir hissəsi idxalla təmin olunur.

trend