Zakir Həsənov Özbəkistana gedəcək

10 Oktyabr 2018 11:12 (UTC+04:00)

Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində oktyabrın 12-də Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının növbəti iclası keçiriləcək.
Müdafiə Nazirliyindən Movqe.az-a verilən xəbərə görə, Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov iclasda iştirak etmək üçün oktyabrın 11-də Özbəkistana yola düşəcək.

İclasda cari hərbi əməkdaşlıq və qarşıda duran məsələlər müzakirə olunacaq.