Türkiyədə miqrantları aparan qayıq batdı

10 Oktyabr 2018 20:30 (UTC+04:00)

Aralıq dənizində, Türkiyənin İzmir vilayəti sahillərində qeyri-leqal miqrantların olduğu qayıq batıb.

Movqe.az-ın məlumatına görə, hadisə nəticəsində 30 nəfər itkin düşüb.

Hələlik 4 nəfərin meyiti tapılıb.

Hazırda digər itki düşənlərin axtarışları aparılır.