Biləsuvarda velosiped yarışı keçirilib (FOTO)

10 Oktyabr 2018 16:14 (UTC+04:00)

Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi münasibətilə Biləsuvar rayonunda həvəskar velosipedçilər arasında yarış keçirilib. Biləsuvar rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) birgə təşkilatçılığı ilə baş tutan tədbirdə 150-yə yaxın velosipedçi iştirak edib.

AzVİF-dən Movqe.az-a verilən məlumata görə, start və finiş xətti Heydər Əliyev prospektində olan yarışda velosipedçilər 16,5 km məsafə qət ediblər.

 

Fərqlənən idmançılar Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov və AzVİF-in baş katibi Fərhad Əliyev tərəfindən medal, diplom, kubok və qiymətli hədiyyələrlə təltif ediliblər.