Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Quba Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak ediblər

11 Oktyabr 2018 13:42 (UTC+04:00)

Oktyabrın 11-də Quba Rayon Mərkəzi Xəstəxanasının açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Dövlətimizin başçısı və xanımı xəstəxananın rəmzi açılışını bildirən lenti kəsdilər.

Xəstəxanada yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev səhiyyə ocağının kollektivi ilə görüşdü.

Sonda xatirə şəkli çəkdirildi.