Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubada körpələr evi-uşaq bağçasının açılışda iştirak ediblər

11 Oktyabr 2018 13:51 (UTC+04:00)

Oktyabrın 11-də Quba şəhərində 100 yerlik “Günəş” körpələr evi-uşaq bağçası açılıb.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Dövlətimizin başçısı və xanımı körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsdilər.