Bakıda yeraltı keçiddə qadına qarşı quldurluq

11 Oktyabr 2018 20:30 (UTC+04:00)

Bakıda soyğunçuluq hadisəsi baş verib. Publika.az xəbər verir ki, Şıxəli Qurbanov küçəsi 1 ünvanındakı yeraltı piyada keçidində naməlum şəxs 1979-cu il təvəllüdlü Samirə Abdullayevaya hücum edib. Belə ki, qadın keçiddəki ödəmə aparatı vasitəsi ilə ödəniş etmək istəyərkən gənc oğlan ona hücum edərək əlindəki 262 manat pulu alaraq qaçıb.

27-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini, 26 yaşlı Məhərrəm Məhərrəmzadə saxlanılıb.