Paşinyan Qarabağla bağlı yenə absurd iddia səsləndirdi

11 Oktyabr 2018 21:30 (UTC+04:00)

Vəzifəmiz soyqırımlar və insanlığa qarşı cinayətlərin qarşısını almaq üçün səyləri ikiqat artırmaqdır.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Yerevanda keçirilən Frankofoniya sammitində çıxışı zamanı Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

“Biz həmçinin konfliktlərin sülh yolu ilə həlli üçün səylərimizi ikiqat artırmalıyıq. Buraya Dağlıq Qarabağ konflikti də aiddir. Danışıqlar ATƏT-in Minsk Qrupu çərçivəsində 20 ildən çoxdur davam edir”, – deyə o bildirib.

N.Paşinyan çıxışı zamanı Azərbaycanı Dağlıq Qarabağla bağlı dialoqdan imtina etməkdə günahlandırıb: “Biz əminik ki, Dağlıq Qarabağın statusunun həllində “dqr” (bu və sonrakı dırnaqlar bizimdir-virtualaz.org) həlledici səs malik olmalıdır. Problemin güc yolu ilə həlli cəhdləri “Dağlıq Qarabağ xalqı”nın fiziki mövcudluğuna təhdid yaradır”.