Bu oyun sizi depresiyadan çıxaracaq - foto - video

1 May 2012 13:33 (UTC+04:00)

Mövqe.az xəbər verir ki, Yeni Zellandiyadakı Auckland Universitetindən olan elm adamlarının yaratdığı 3 ölçülü  "Sparx" adlı oyunda, gənclərin özlərinə bənzəyən xarakterlər seçərək depresiyanın əlamətlərini və rahatlama yollarını kəşf etmələri mümkün olacaq.

Yeddi mərhələli oyunda oyunçunun "Qaranlıq" adı verilən və mənfi düşüncələri təmsil edən kiçik ağcaqanadları öldürməsi, "Vulkan" mərhələsində əjdahaların suallarına cavab verərək  hirs kimi sıx duyğuları nəzarət etməyi öyrənməsi və son olaraq da kefizliyini təyin etməsi və çöldən nə vaxt kömək almağı öyrənməsi hədəf götürülüb.


Elm adamları  təxminən 15 yaşında 168 gəncin iştirakı ilə oyunun fəaliyyətini yoxlayıb.

Gənclər iki bərabər qrupa ayrılıb. İlk qrupdakılar  4-7 həftə oyunu oynayıb.Digər qrupdakılar isə 5 dəfə psixoloqla görüşüb. Üç ay bitdikdən sonra  oyunu oynayanların 44 faizi depresiyadan tamamilə xilas olub.

Araşdırmanın nəticələri İngilis Tibb Jurnalında nəşr edilib.

Mövzu ilə bağlı məqalə Frananın "Le Figaro" qəzetinin internet səhifəsində də yerləşdirilib.


Ziba Yusifova

Movqe.az