Samsunda Beynəlxalq konfrans Azərbaycanlı jurnalist məruzə etdi

12 Oktyabr 2018 11:35 (UTC+04:00)

Avropanın məşhur universitetlərinin elm adamlarının iştirakı ilə keçirilən beynəlxalq konfrans Türkiyənin Samsun Böyükşəhər bələdiyəsi və Atakum rayon bələdiyyəsinin dəstəyi ilə gerçəkləşdirildi. Uç gün davam edən beynəlxalq konfransda İtaliyanın Marconi Universitetinin professorları Pasquelo Peluso, Angelo Arciero, Marzia Rossi, Sloveniyanın Ljubljana Universitetitinin müəllimi Valentina Fransa, Ankara Universitetinin professoru Şəbnəm Akipək Öcal, Samsun 19 Mayıs Universitetinin dosenti Öznür Umit və bağqalarının məruzələri dinlənilmişdir. Konfransda Bakı Dövlət Universitetinin doktorantı, əməkdar jurnalist Namiq Əhmədov “Müasir dünya düzənində Azərbaycan-Türkiyə strateji və iqtisadi əlaqələri mətbuatda” mövzusunda məruzə etmişdir. Məruzədə müstəqillik dövründə Türkiyə və Azərbaycan əlaqələrinin vüsəti, enerji layihələrinin həyata keçirilməsində strateji ortaqlıq və tərafdaşlıq məsələləri diqqət mərkəzində olmuşdur. Bakı-Tbilisi-Ceyhan (BTC), Bakı-Tbilisi-Ərzurum (BTƏ), TANAP neft-qaz layihələrinin, regionun nəqliyyat xəritəsini dəyişdirən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti layihəsinin gerçəkləşməsi də Türkiyə və Azərbaycan dövlətləri rəhbərlərinin güclü siyasi iradəsi nəticəsində baş tutmuşdur. Ermənistan dövlətinin təcavüzkar siyasəti və Dağlıq Qarabağ probleminin həllinin ləngidildilməsi bütün bölgənin inkişafı üçün mane olduğu, Cənubi Qafqazda sülhün pozulmasında önəmli faktor olduğu diqqətə çatdırılmışdır. Məruzəçi konfrans iştirakçılarının çoxsaylı suallarını cavablandırmışdır.

Beynəlxalq konfransın təşkilat komitəsinin üzvü Sezayi Çağlar müxbirimizə bildirmişdir ki, ilk olaraq Samsunda düzənlənən konfransın gələcəkdə Almaniya, Avstriya, İtaliya və Hollandiyada da gerçəkləşdirilməsi üçün danışıqlar aparılır. O, qeyd etmişdir ki, Azərbaycanda da belə bir konfransın keçirilməsi mümkündür. Azərbaycan-Türkiyə əlaqələrinin vüsəti, bu sahədə həyata vəsiqə alan tədbirlərin inkişaf tendensiyası və Avropaya enerji istehlak eedən Azərbaycana olan maraq da bunu vacib edir. Təşkilat komitəsinin gündəmində də Bakıda beynəlxalq konfrans keçirilməsi qərarı var.