Qadın qonşusu tərəfindən amansızlıqla döyüldü

12 Oktyabr 2018 14:25 (UTC+04:00)

Tovuzda qadın qonşusu tərəfindən xüsusi amansızlıqla döyülüb.

Movqe.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Çeşməli kəndində baş verib.

Kənd sakini, 1976-cı il təvəllüdlü Sadıqova Şələ Nəriman qızı qonşusu tərəfindən xüsusi amansızlıqla döyülüb.

Qadın bədəninin müxtəlif hissələrinin ağır xəsarətləri ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırmalar aparılır.