Hokinq ölümündən əvvəl bəşəriyyətə qorxunc təhlükədən yazdı

18 Oktyabr 2018 14:30 (UTC+04:00)

Məşhur fizik Stiven Hokinq ölümündən əvvəl DNK-sı dəyişdirilmiş "super insanlar"ın planeti zəbt edəcəyindən qorxusunu ifadə edib.

Movqe.az oxu.az-a istinadən xəbər verir ki, alim bu barədə sonuncu kitabında yazıb.

"Ciddi suallara qısa cavab" adlı kitab oktyabrın 16-da dərc ediləcək.

Kitabda fizik gələcəkdə insanların DNK-larını dəyişdirəcəklərindən və orqanizmlərinin müxtəlif xüsusiyyətlərinin gücləndirəcəklərindən yazıb.

 

"Ehtimal ki, gələcəkdə genetik mühəndisliyə qarşı qanunlar tətbiq ediləcək. Lakin bəziləri insani keyfiyyətlərini yaxşılaşdırmaq üçün (xəstəliklərə qarşı mübarizə və ömrün uzadılması) bu qanunlardan kənara çıxacaqlar", - "The Sun" qəzeti kitabdan sitat gətirir.

Hokinqin fikrincə, "super insanlar"ın yaradılması adi insanların aşağı kastada formalaşmasına, daha sonra isə onların məhv olmasına səbəb olacaq.