Bakıda xalçayuma sexində yanğın

15 Oktyabr 2018 10:22 (UTC+04:00)

Bakıda xalçayuma sexi yanıb.

FHN-dən Movqe.az-a verilən məlumata görə, Xəzər rayonunda ümumi sahəsi 300 kv.m olan tikilinin (xalçayuma sexi kimi fəaliyyət göstərir) dam örtüyünün taxta atmaları və qurutma hissəsində olan əşyalar yanıb.

Tikilinin qalan hissəsi və digər əşyalar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.