Lerikdə maşın aşdı, ölən var

15 Oktyabr 2018 15:13 (UTC+04:00)

Lerik rayonunun Vıjaker kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Movqe.az-a verilən məlumata görə, oktyabrın 14-də saat 14 radələrində Lerik rayonunun Vıjaker kəndi ərazisində kənd sakini Nazim Şərifov idarə etdiyi “QAZ-66” markalı avtomobili aşırıb. Nəticədə sərnişini, Conu kənd sakini Təvəkkül Mirzəyev hadisə yerində ölüb.

 

Lerik RPŞ tərəfindən araşdırma aparılır.