İbrahim Tatlısəsin etdiyi jestin şahidi olun! - VİDEO

1 May 2012 13:57 (UTC+04:00)

Türkiyənin ən reytinqli televiziya kanalı "Kral TV"nin hər il təşkil etdiyi 18-ci "Kral TV Müzik Ödülləri" festivalına Şərqin sevimlisi İbrahim Tatlısəs imzasını vurub. İ.Tatlısəs səhnəyə əsasıyla çıxıb, daha sonra əsanı tullayıb və Türkiyənin qocaman məşhur müğənnisi Orxan Gencebayın qoluna girərək səhnədən enib.

Festivalda İ.Tatlısəs keçən il qazandığı, amma ala bilmədiyi mükafatını həmin gecə almasıyla festivala rəng qatdı.

Qeyd edək ki, İ.Tatlısəs, "Həyat boyu qürur mükafatı"nı O.Gencebayın əlini öpərək alıb.

Fuad Mədətov

Movqe.Az