ETSN: Badamdardakı sürüşmə zonasında uçqunların davam edəcəyi gözlənilir

16 Oktyabr 2018 12:20 (UTC+04:00)

Bakının Səbail rayonunda, Badamdar şosesindəki sürüşmə zonasında sürüşmənin təsir dairəsi yaşayış evlərinə tərəf artıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Movqe.az-a verilən məlumata görə, sürüşmə zonasında saat 12-00-a olan monitorinqlərin nəticəsinə əsasən, ərazidə aktivlik dinamikası dayanmayıb.

Üst hissədəki evlərin divarlarında uçqunların davam edəcəyi gözlənilir.

Zülfiyyə QULUYEVA