Milli Məclis o qanuna dəyişiklik etdi

16 Oktyabr 2018 14:22 (UTC+04:00)

Milli Məclis Mülki Məcəlləyə dəyişikliklər edilməsi haqqında qanun layihəsini ikinci oxunuşda müzakirəyə çıxarıb.
Movqe.az-ın xəbərinə görə, dəyişikliklər haqqında deputatlara İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.
O deyib ki, həm “Banklar haqqında”, həm də Mülki Məcəlləyə dəyişikliklər eyni mahiyyətdədir:
“Bu məsələ komitədə müzakirə edilərkən ona əlavə və düzəlişlər təklif olundu. Maliyyə Bazarına Nəzarət Palatasının mütəxəssislərinin iştirakı ilə bu məsələ geniş müzakirə olunub”.
Daha sonra deputatlar qanun layihəsini qəbul edib.