İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi ləğv olunur

17 Oktyabr 2018 09:52 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Bakı Biznes Tədris Mərkəzi ləğv olunduğunu elan edib.

Movqe.az xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin “Vergilər” qəzetinin xüsusi buraxılışında məlumat verilib.

Məlumatda deyilir ki, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 172 ünvanına bildirə bilərlər.