İranda zəlzələ olub

17 Oktyabr 2018 10:04 (UTC+04:00)

 İranın qərbində yerləşən Kirmanşah əyalətinin Qəsr-i-Şirin rayonunda 4,9 bal gücündə zələzələ olub.
Movqe.az report-a istinadən xəbər verir ki, məlumatı Tehran Universitetinin Seysmoloji Mərkəzi yayıb.
Yeraltı təkanlar 10 km dərinlikdə qeydə alınıb.
Ölən, yaralanan və dağıntı barədə hələlik məlumat yayılmayıb.
Qeyd edək ki, Qəsr-i-Şirin İraqla sərhəddə yerləşir.
Xatırladaq, ötən il noyabrın 12-də Kirmanşahda baş vermiş zəlzələ nəticəsində 620 nəfər ölmüş, 8 mindən çox insan yaralanmışdı.