"Tez bir zamanda əvvəlki halıma qayıdacam" - FOTO

17 Oktyabr 2018 12:36 (UTC+04:00)

Rəqqasə Oksana Rəsulova ana olduqdan sonra ilk dəfə media qarşısına çıxıb.

Movqe.az axşam.az-a istinadən bildirir ki, sənətçi rol aldığı "Qaragöz" filminin qalasına qatılıb.

Xeyli çəki alan Oksana obyektiv qarşısına keçərək şəkillər çəkdirib. Rəqqasə bildirib ki, hazırda artıq çəkidən xilas olmağa çalışır.

"Tez bir zamanda əvvəlki halıma qayıdacam", - Oksana söyləyib.

Qeyd edək ki, Oksana hamiləliyi ərəfəsində media qarşısına çıxmayıb. Oğlu olan sənətçi ona Osman adını qoyub.