Tbilisidə qaçqınların yaşadığı binada yanğın olub

17 Oktyabr 2018 14:37 (UTC+04:00)

Gürcüstanın paytaxtı Tbilisi şəhərinin Tsabadze küçəsində qaçqın ailələrinin yaşadığı binada yanğın olub.

Movqe.az report-a istinadən xəbər verir ki, yanğın binanın ikinci mərtəbəsi və dam örtüyünü əhatə edib.

Hadisə yerinə 7 yanğınsöndürən maşın cəlb olunub. Yanğın nəticəsindən 150 kv. metr sahə yanıb. Yanğın artıq lokallaşdırılıb.

 

Binada 36 qaçqın ailəsinin yaşadığı bildirilir. Yanğın nəticəsində xəsarət alan olmayıb.