"Mehriban qonşuluq münasibətləri qurulmadan Ermənistanda dayanıqlı inkişafa nail olmaq mümkün deyil"

17 Oktyabr 2018 14:49 (UTC+04:00)

Movqe.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov EURACTIV jurnalına müsahibəsində deyib.

Nazir bildirib ki, mehriban qonşuluq münasibətləri qurulmadan dayanıqlı inkişafa nail olmaq mümkün deyil: "Ən əsası, erməni qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı və məcburi köçkünlər öz yurdlarına qayıtmalıdır".

E.Məmmədyarov qeyd edib ki, Ermənistan rəhbərliyi danışıqların gedişi ilə bağlı maariflənmə prosesinə ehtiyac duyur:

"Fikrimcə, biz əvvəlki rəhbərliklə irəliləyişə nail olmuşduq, amma indi yeni rəhbərlik var və ola bilər ki, onlara danışıqlar prosesində baş verənləri anlamaq üçün bir qədər çox vaxt lazım olsun".