Bu turistlərin pasportuna İran viza möhürü vurulmayacaq

18 Oktyabr 2018 16:55 (UTC+04:00)

Bəzi Avropa ölkələri üçün İran viza möhürünün pasportlara vurulması problemi həll olunub.

Movqe.az-ın Trend-ə istinadən məlumatına görə, bunu İranın Turizm Agentlikləri Birliyinin sədri Hörmətullah Rəfii deyib.

Onun sözlərinə görə, Avropanın bəzi ölkələrində vətəndaşların pasportlarına İran möhürü vurulduqda onların ABŞ-la ticarət mübadilələrinin qarşısının alınması ilə bağlı narahatlıq vardı.

Artıq bu problem aradan qaldırılıb.