Qubada meşədə qəza törədən sürücü öldü

18 Oktyabr 2018 17:30 (UTC+04:00)

Quba rayonunun Təngəaltı kəndinin meşə zolağında qəza hadisəsi baş verib.

DİN-dən Movqe.az-a verilən məlumata görə, oktyabrın 17-də saat 19 radələrində Quba rayonunun Təngəaltı kəndinin meşə zolağında kənd sakini Xalid Abidov idarə etdiyi “ZİL-131” markalı avtomobili aşırmış və nəticədə sürücü hadisə yerində ölüb.