Azərbaycanın bir qrup KİV nümayəndəsi Gürcüstanda səfərdədir

18 Oktyabr 2018 17:15 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə bir qrup KİV nümayəndəsi oktyabrın 18-də Gürcüstana səfərə gəlib.
Movqe.az  xəbər verir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi ilə əlaqədar Fondun hazırladığı tədbirlər planı çərçivəsində təşkil olunan səfərin məqsədi jurnalistləri Cümhuriyyətin yaradıcılarının fəaliyyəti, zəngin ideya irsi ilə yaxından tanış etməkdir.
Səfər çərçivəsində KİV nümayəndələri Tbilisinin mərkəzindəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət ediblər. 
Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov park barədə jurnalistlərə məlumat verib. 
Azərbaycan mətbuatının nümayəndələri sonra Tbilisidəki Botanika bağında olub, buradakı köhnə müsəlman qəbiristanlığında Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarının məzarlarını ziyarət ediblər. 
Qeyd edək ki, səfər çərçivəsində jurnalistlər Gürcüstan parlamentində, paytaxt Tbilisidə, eləcə də azərbaycanlıların yığcam yaşadıqları bölgələrdə bir sıra görüşlər keçirəcəklər.