Qərargah: Sürüşmə zonasında əsaslı dəyişiklik qeydə alınmayıb

22 Oktyabr 2018 10:04 (UTC+04:00)

Badamdardakı sürüşmə zonasındagərginlik qalmaqdadır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Movqe.az-a verilən məlumata görə, sürüşmə zonasında saat 09:00-a olan monitorinqlərin nəticəsinə əsasən, sürüşmə kütləsinin  üzərində çox sayda yeni çatlar müşahidə edilir. Sürüşmə sahəsinin yuxarı hissəsində süxur qopmaları davam edir. Sürüşmə zonasında əsaslı dəyişiklik qeydə alınmayıb.

Zülfiyyə QULUYEVA