Hava dəyişəcək

22 Oktyabr 2018 12:43 (UTC+04:00)

Gündüz saatlarında gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Movqe.az-a məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturu 21-24 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu 22-27, dağlarda 15-20 dərəcə isti təşkil edəcək.