Türkiyədə ticarət mərkəzində işçiləri girov saxlayan əsgər saxlanıldı (YENİLƏNİB)

22 Oktyabr 2018 12:30 (UTC+04:00)

Türkiyədə ticarət mərkəzində işçiləri girov saxlayan əsgər saxlanılıb. Movqe.az-ın məlumatına görə, girovlar azad edilib. Hadisə nəticəsində xəsarət alan olmayıb.

X X X

Türkiyənin Qaziantep vilayətindəki hərbi hissələrin birindən qaçan əsgər ticarət mərkəzinin işçilərini girov götürüb.

 

Movqe.az-ın məlumatına görə, hadisə yerinə hərbçilər, həmçinin polis əməkdaşları gəliblər. Girovların azad edilməsi üçün iş aparılır.

Hələ ki əsgər girovların azad edilməsi şərtlərini açıqlamayıb.

Girovların sayı bilinmir.

Trend