Prezident İlham Əliyev İmişlidə “ASAN Həyat” kompleksinin açılışında iştirak edib

22 Oktyabr 2018 13:07 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 22-də İmişli rayonuna səfəri çərçivəsində “ASAN Həyat” kompleksinin açılışında iştirak edib.

Dövlətimizin başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsdi.

Komplekslə tanışlıq zamanı Prezident İlham Əliyevə görülən işlər barədə məlumat verildi.

Dövlətimizin başçısı İmişli “ASAN xidmət” mərkəzini işə saldı.

Xəbər yenilənir