Naxçıvan Muxtar Respublikasının Bakı nümayəndəliyində Türkmənistanın Azərbaycandakı səfiri ilə görüş olub-FOTOLAR

22 Oktyabr 2018 13:52 (UTC+04:00)

Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyində görüş olub. Movqe.az-ın məlumatına görə, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Türkmənistan Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli Səfiri cənab Mekan Annamuhammedoviç İşanquliyevlə görüşüb.Görüşdə iki qardaş ölkə arasında yüksələn,dinamik şəkildə inkişaf edən münasibətlər, eləcə də Naxçıvan Muxtar Respublikası ilə qurulacaq təhsil, mədəniyyət, ticarət sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib.

Zülfiyyə QULUYEVA