Onlarda ürək xəstəliklərinə tutulma riski daha azdır

1 May 2012 14:12 (UTC+04:00)

Mövqe.az xəbər verir ki, Harvard Universiteti nəzdində fəaliyyət göstərən cəmiyyətin sağlamlığı ilə bağlı məktəbin elm adamları 200-dən çox araşdırma aparıblar.

Araşdırmalardan sonra, optimist insanların ürək xəstəliklərinə tutulma riskinin 50 faiz aşağı olduğu məlum olub.

Elm adamları xoşbəxt olmağın yüksək təzyiq və xolestrol kimi ürək xəstəliklərinə qarşı olduğunu  vurğulayıblar.

BBC-nin internet saytında çıxan araşdırmada, optimist insanların bundan əlavə idman etdiyi və balanslı bəsləndiyi də məlum olub.



Ziba Yusifova

Movqe.az