Baş prokuror Ağdaşda sakinlərlə görüşəcək

22 Oktyabr 2018 17:44 (UTC+04:00)

 

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Zakir Qaralov cari il oktyabrın 26-da saat 10:00-da Ağdaş rayon prokurorluğunun inzibati binasında Mingəçevir şəhər, Ağdaş, Yevlax, Bərdə, Zərdab və Ucar rayon sakinlərinin qəbulunu keçirəcək.

Baş Prokurorluqdan Movqe.az-a verilən məlumata görə, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaqdır.

 

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Ağdaş rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.