Metrodakı sıxlığın səbəbi açıqlandı

24 Oktyabr 2018 10:02 (UTC+04:00)

Bu gün səhər saatlarında Bakı metrosunda sıxlıq müşahidə edilib.
Movqe.az xəbər verir ki, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Azvision.az-a bildirib ki, qatarların hərəkətində gecikmə olmayıb. Qurum rəsmisinin sözlərinə görə, sərnişinlərin qatarların qapısını saxlaması gecikmələrə səbəb olur.

"Qapıların saxlanması zamanı qatarların hərəkətində müəyyən gecikmə olur. Bu da qatarların intervalına təsir göstərir. Belə ki, digər qatarlar sürətini azaltmalı olur. Nəticədə sıxlıq yaranır", - deyə B.Məmmədov vurğulayıb.