2019-cu ildə aksiz vergisi üzrə daxilolmalar 602 mln. manat nəzərdə tutulur.
Movqe.az report-a istinadən xəbər verir ki, məlumat 2019-cu ilin dövlət büdcə zərfində öz əksini tapıb. Sənəddə qeyd olunub ki, bu da 2018-ci ilin proqnozu ilə müqayisədə 48 mln. manat və ya 8,7% çoxdur. Həmin məbləğin 83,4%-i və ya 502 mln. manatı neft sektorunun, 16,6%-i və ya 100 mln. manatı qeyri-neft sektorunun payına düşür.