Zülfiyyə Xanbabayeva qəzaya düşdü: ayağını sındırdı

24 Oktyabr 2018 11:30 (UTC+04:00)

Xalq artisti Zülfiyyə Xanbabayevanın ayağı sınıb.

Movqe.az publika-ya istinadən xəbər verir ki, bu barədə artist özü instaqramda məlumat verib. Hadisə müğənni rejissor Veysəl Əsgərzadə ilə yolda mahnı oxuduğu zaman özlərini videoya çəkərkən diqqətsizlik üzündən baş verib.

Rejissor müğənnini xəbərdar etsə də, Zülfiyyə Xanbabayeva yola diqqət etməyib və nəticədə yıxılıb.

Müğənni bildirib ki, səhər yuxudan ayağında gipslə oyanıb.