Avropada humanizm böhranı davam edir

22 Oktyabr 2018 09:31 (UTC+04:00)

Avropada baş verənlər burada insan haqları, demokratiya ilə bağlı durumun getdikcə böhranlı bir mərhələyə daxil olduğunu göstərir.  Faktdır ki, ötən dövrlərlə müqayisədə bir çox Avropa ölkələrində irqçilik və diskriminasiya hiss olunacaq dərəcədə artıb. Neonasistlərin ənənə halını alan mitinqləri, miqrantlara qarşı artan hücumlar, irqçi və radikal sağ yönümlü təşkilatların çoxalması və siyasi aktivlik nümayiş etdirməsi bunun göstəriciləridir. Belə xoşagəlməz vəziyyətin müşahidə olunduğu ölkələrdən biri isə Almaniyadır. İndi bu ölkədə baş verənlər özünü ilk növbədə miqrantlara qarşı vəziyyətdə göstərir. Hətta vəziyyət o  həddə gəlib çatıb ki, bu günlərdə Almaniyanın Köln şəhərində  minlərlə insan irqçiliyə qarşı mitinq keçirib. Almaniya daxili işlər naziri Horst Seehoferin: "Miqrasiya bütün problemlərin anasıdır" açıqlaması isə vəziyyətin burada kifayət qədər gərgin olduğunu göstərir.

Baş verənlər hazırda bütün miqrantlara təsir edir. Xatırladaq ki, bir neçə gün əvvəl  Almaniyanın Deqqendorf şəhərində Azərbaycandan olan miqrantlar da bununla bağlı  etiraz aksiyası keçiriblər. Burada səslənən fikirlərdən bəlli olurdu ki, miqrantlara heç də xoş münasibət bəslənmir. Məsələn, azərbaycanlılar da daxil olmaqla əksər mühacirləri narahat edən məsələlərdən biri  ağır xəstəlikləri olan şəxslərin, hətta azyaşlıların həkim rəyi olmasına baxmayaraq düşərgədə, xəstələrə uyğun olmayan şəraitdə məskunlaşdırılmalarıdır. Almaniyada nəinki müalicə, hətta müayinə prosesləri zamanı mühacirlərə ikili standartla tətbiq olunur. O da məlum olur ki, Ostehofen və Deqqendorf düşərgələrində mühacirlərə verilən qida təminatında da problemlər var. Axşamlar verilən qidanın yetərsiz olması  və bir çox hallarda istifadə müddəti başa çatmış qidanın verilməsi müşahidə olunur.  Digər ölkələrdən, xüsusən də müsəlman dövltələrindən gələn mühacirlər getdikcə daha çox problemlə üzləşirlər və bu hal bütün Avropa boyu özüün göstərməyə başlayır.

Bunun ardınca Almaniyada Azərbaycandan olan miqrantların daha bir aksiya təşkil etməsi onu göstərir ki, miqrantlara münasibətdə əslində, hansısa dəyişiklik yoxdur. Məlumat üçün bildirək ki, növbəti aksiya özünü nədənsə Almaniyada Vüqar kimi tanıdan, amma əsl adı Anar Zeynalov olan şəxs tərəfindən təşkil edilib. Elə bu ad məsələsi onun doğru yolun yolçusu olmadığını göstərir. Adıçəkilən şəxslə yanaşı, aksiyanın digər təşkilatçısı  Zaur Məmmədov olub. Bu məsələdə onlara Ziya Cəbiyev, Səbuhi İsmayılov, Mübariz Dadaşov, Valeh Nəsibov, Üfiq Tağızadə kimi şəxslər də yardım edib. Özünü ziyalı adlandıran, diş həkimi kimi Azərbaycanda kifayət qədər pul qazanan, amma bütün bunların qədrini bilməyən, özünə hörmət qoymağı bacarmayan  Elçin Novruzov da bunlara qoşulub. Deqqendorf şəhərində keçrilən aksiyanın təşkilatçısı olmuş Zöhrab Təmrazov da yeni aksiyanın fəalları sırasında yer alıb. Azərbaycanın maraqlarını Almaniyada hələ də satan bu şəxslər bu gün orada arzu etdikləri güün görə bilmirlər. Azərbaycanda söz azadlığından istifadə edib hər cür hədyanlar səsləndirən bu şəxslər firəvan həyat dalınca getdikləri Almaniya və digər Avropa ölkələrində əsl zillət içində yaşayırlar. Vətənini satanların əslində, başqa bir aqibətlə üzləşməsini gözləmək də sadəlövhlük olardı. Onlar özləri etiraf edirlər ki, hətta  sağlamlığıının müdafiəsi üçün Almaniyaya üz tutan vətəndaşlar Almaniyda ayri-seçikiliyə məruz qalırlar. Bildirilir ki, onlar status almayna qədər ciddi tibbi muayinə ala bilmirlər. Bundan başqa onlar intervyu verərkən tərcüməçilərin yanlışlığı ucbatından neqativ qərarlar alırlar. Bir qədər kobud səslənsə də demək lazım gəlir ki, başqa ölkədə onlara veriləcək bir tikə çörək üçün sürünənlərin belə aqibətlə üzləşməsi də qaçılmazdır. Digər tərəfdən bu insanlar hələ də Azərbaycana qarşı hədyanlar, iftiralar səsləndirməklə, öz cinayətkar əməllərini də davam etdirirlər. Bilərəkdən və ya bilməyərəkdən dövlətə qarşı cinayət törədirlər. Halbuki, bu şəxslərə əslində, Azərbaycanda daha yüksək şərait və sosial təmitnat yaradılmışdı. Amma onlar bunu qiymətləndirməyərək Avropaya üz tutub, buraad ölkəmizin mənafeyinə qarşı mövqe sərgiləyirlər. İndi də elə Avropanın özündə bunun cəzasını çəkirlər.  Məhz belə vəziyyətdə müavir Azərbaycanın uğurul inkişafı belə naxələflər üçün əsl gözdağıdır.