ADAU-nun kitabxanasına 800-ə yaxın yeni nəşr hədiyyə olunub

24 Oktyabr 2018 15:53 (UTC+04:00)

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) iqtisadyönümlü ixtisaslarda mütəxəssis hazırlığına dəstək məqsədilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Elm-Tədris Mərkəzi tərəfindən universitetin kitabxanasına 800-ə yaxın kitab və yaddaş kitabçaları hədiyyə olunub.

            Həmin nəşrlərə “İqtisadiyyatın əsasları”, “Mühasibat uçotu sual bankı”, “Korporativ biznes hüququ sual bankı”, “Audit və əminlik sual bankı”, “Mühasib və biznes sual bankı”, “Korporativ hesabatlıq sual bankı”, “İdarəetmə uçotu sual bankı”, “Maliyyə menecmenti”, “Biznes hüququ və vergilər”, “Məlumat idarəetmə sistemləri”, “Maliyyə hesabatlarının hazırlanması”, “Audit və əminlik”, “Korporativ hesabatlar”, “İdarəetmədə risk və etika”, “Maliyyə hesabatları sual bankı”, “Maliyyə menecmenti sual bankı” adlı kitablar, “Audit və əminlik”, “Biznes daxili hesabat”, “İdarəetmə risk və etika”, “Maliyyə hesabatı”, “Korporativ və biznesin hüququ”, “Performans idarəetmə”, “Maliyyə hesabatları”, “Korporativ hesabatlar” adlı yaddaş kitabçaları daxildir. 
Göstərilən bu dəstəyə görə Maliyyə Nazirliyi yanında Elm-Tədris Mərkəzinin direktoru, Elman Hüseynova universitetimizin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov adından minnətdarlıq bildirilib.

Qeyd edək ki, nəşrlərin hər birindən 2 nüsxə müvafiq kafedralara, digərləri isə kitabxanaya verilib.

Əlihüseyn Şükürov