Ucarda maşın yol kənarındakı dirəyə dəydi

24 Oktyabr 2018 17:37 (UTC+04:00)

Ucar rayonunun Qaradağlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Movqe.az-a verilən məlumata görə, oktyabrın 23-də saat 13 radələrində Ucar rayonunun Qaradağlı kəndi ərazisində Gədəbəy rayon sakini Elman Məmmədov idarə etdiyi “VAZ-21063” markalı avtomobili yolun kənarındakı dirəyə vurub. Nəticədə E.Məmmədovun sərnişini - arvadı Solmaz hadisə yerində, özü isə xəstəxanaya aparılarkən yolda ölüb.

 

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.