Çexiya jurnalist Camal Xaşuqcinin qətlinə görə Səudiyyə Ərəbistanındakı səfirini geri çağırdı

25 Oktyabr 2018 10:46 (UTC+04:00)

Çexiya Səudiyyə Ərəbistanından olan jurnalist Camal Xaşuqcinin qətlinə görə Səudiyyə Ərəbistanındakı səfirini geri çağırdı. Trend-in məlumatına görə, bu barədə ölkənin xarici işlər naziri Tomas Petriçek bildirib.

Xatırladaq ki, Camal Xaşuqci oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğuna daxil olduqdan sonra yoxa çıxıb. Jurnalistin amansızlıqla qətlə yetirildiyi bildirilir.

Hazırda onun cəsədinin tapılması istiqamətində işlər aparılır.