Bakıda ŞOK HADİSƏ: 18 yaşlı oğul atasına görə adam öldürdü - TƏFƏRRÜAT

25 Oktyabr 2018 11:39 (UTC+04:00)

Bakıda küçədən meyiti tapılan şəxsin öldürüldüyü məlum olub.
Publika.az-ın əldə etdiyi məlumata görə, oktyabrın 19-da Bayıl qəsəbəsi Neftçi Qurban küçəsi 35 ünvanının qarşısından 1964-cü il təvəllüdlü Həsənov Əhəd Əli oğlunun meyiti tapılıb. İlkin araşdırmalar zamanı onun kürək nahiyəsindən aldığı bıçaq xəsarətindən öldüyü müəyyənləşib.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Həsənovun elə həmin binanın 39 saylı mənzilində yaşayan ata və oğlu tərəfindən öldürüldüyü üzə çıxıb. Belə ki, oktyabrın 19-na keçən gecə Ə.Həsənov Neftçi Qurban küçəsi 35 ünvanındakı binadan istilik radiatorlarını oğurlamağa gəlib. Bu zaman mənzilin sahibi Abdullayev Sakit Arif oğlu oğruya mane olmağa çalışıb və onların arasında dava düşüb. Dava-dalaş zamanı oğru tərəfindən atasının döyüldüyünü görən 2000-ci il təvəllüdlü Faiq Abdullayev bıçaqla həmin şəxsin kürəyinə zərbələr endirib. Binaya oğurluğa gəlmiş şəxsin öldüyünü görən ata və oğlu meyiti binanın həyətinə ataraq uzaqlaşıb.
Faktla bağlı cinayət işi açılıb. Hadisəni törətmiş ata və oğlu oktyabrın 24-də sxlanılaraq istintaqa təhvil verilib.