Azərbaycanda axtarışda olan şəxs Belarusda saxlanıldı

25 Oktyabr 2018 12:09 (UTC+04:00)

Azərbaycanda axtarışda olan şəxs Belarusda saxlanılıb.

FHN-dən verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 181-ci maddəsi (quldurluq) ilə axtarışda olan Firuz Quliyev Belarus Respublikasının ərazisində saxlanılıb.

F.Quliyev Azərbaycana ekstradisiya edilib.