Elmar Məmmədyarov: Minsk qrupunun həmsədrləri gələn həftə regiona səfər edəcəklər

25 Oktyabr 2018 13:36 (UTC+04:00)

ATƏT-in Minsk qrupunun həmsədrləri gələn həftə regiona səfər edəcəklər.

Movqe.az-ın məlumatına görə, bunu jurnalistlərə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

O qeyd edib ki, bu ilin sonuna qədər Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında daha bir görüşün keçirilməsi nəzərdə tutulur:

"Görüşün tarixi və yeri barədə dəqiq məlumat yoxdur. Həmsədrlərin regiona səfəri zamanı bu barədə müzakirə aparılacaq".