Bərdə sakinindən silah-sursat götürülüb

25 Oktyabr 2018 15:39 (UTC+04:00)

Sumqayıt və Bərdədə silah-sursat götürülüb.
Daxili İşlər Nazirliyindən  verilən xəbərə görə, Sumqayıt şəhər Polis idarəsi 1-ci polis bölməsinin əməkdaşları tərəfindən oktyabrın 24-də Sahil küçəsində 21 ədəd müxtəlif çaplı patron və 1 ədəd süngü bıçaq tapılıb.

Bundan başqa, Bərdə rayon Polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Əyricə kənd sakini Ramiz Zeynalovdan “TOZ-8” markalı tüfəng və 7 ədəd patron götürülüb.