VI Bakı Beynəxalq Humanitar Forumunun bəyannaməsi qəbul edilib

26 Oktyabr 2018 14:18 (UTC+04:00)

Bakıda keçirilən VI Beynəxalq Humanitar Forumun yekunlarına dair bəyannamə qəbul edilib.

Movqe.az-ın məlumatına görə, bəyannamədə qeyd olunur ki, Forumun işi əməkdaşlığın genişlənməsinə və inkişafına töhfə verəcək:

Forum iştirakçıları bu tədbirin yalnız insan potensialı və insan kapitalının inkişafına qoyulan sərmayələrin, dövrümüzün çağırışlarına tutarlı cavablar tapılmasının ən mühüm şərti olmaqla, həyat keyfiyyətinin yüksəldilməsinə yönəlmiş idarəetmə, istehsalat, elmi və informasiya-kommunikasiya texnologiyalarının təkmilləşdirilməsini təmin etdiyini düşünür:

"Azərbaycanda insan kapitalının qorunub saxlanılması və artırılması istiqamətində əldə olunan və bütövlükdə dayanıqlı inklüziv inkişaf sahəsində yüksək nəticələri təmin edən böyük nailiyyətlər qazanıldığını təsdiq edirik. Forumun ən yeni, o cümlədən fənlərarası bilik və vərdişlərin fasiləsiz təhsil proqramlarına inteqrasiyası yolu ilə insan kapitalının dayanıqlı inkişafının ən vacib humanitar tərkib hissəsi olduğunu etiraf edirik".

Bəyannamədə ekoloji sivilizasiya haqqında təsəvvürlərin formalaşmasının, istehlak və istehsalın, təbii sərvətlərə qayğıkeş münasibətin səmərəli modellərinin tətbiqinə yönəlmiş müxtəlif fəaliyyətlərin həvəsləndirilməsini və iqlim dəyişiklikləri ilə bağlı zəruri tədbirlərin görülməsinə şüurlu münasibətin vacibliyi xüsusi vurğulanır:

"İnsan inkişafı və humanitar əməkdaşlıq sahəsində ixtisaslaşan müxtəlif beynəlxalq və milli strukturları tolerantlıq və qarşılıqlı hörmət mühitinin formalaşdırılmasına, müasir qlobal və lokal çağırışların həllinə yönəlmiş forum, konfrans və "dəyirmi masa"ların mütəmadi olaraq keçirilməsinə çağırırıq. Bu bəyannamənin qəbul olunmasını və ondan humanitar sahədə əməkdaşlığın gücləndirilməsi məqsədilə istifadə edilməsini zəruri sayırıq".

Qeyd edək ki, oktyabrın 25-də Bakıda VI Beynəlxalq Humanitar Forum işə başlayıb. “Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda keçirilən budəfəki Foruma 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nümayəndə qatılıb.