Xaçmazda 17 yaşlı oğlan itkin düşüb - FOTO

29 Oktyabr 2018 12:35 (UTC+04:00)

Xaçmazda 17 yaşlı oğlan itkin düşüb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Movqe.az-a verilən məlumata görə, Xaçmaz şəhər sakini, 17 yaşlı Təbriz Zeynalov oktyabr ayının 20-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

 

Təbriz Zeynalovun əlamətləri belədir: Boyu 160-170 sm., orta bədən quruluşlu, uzun sifətli, qısa qara saçlı, gözlərinin rəngi şabalıdı, çənə nahiyəsində xal var.

Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Xaçmaz Rayon Polis Şöbəsinə 02332-5-53-56 şəhər və 051-843-02-02; 077-730-20-20 (Atası) nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.